
Rezidenturaya qəbul olmaq üçün müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlər artıq məlumdur. Bildiyiniz kimi namizədlərdən 459 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.
AzEdu.az xəbər verir ki, bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 25‑dək aparılacaqdır. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində (səh. 6-7) dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.
Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından (II mərhələ) topladıqları bal əsasında aparılacaqdır.
Namizədləri ən çox maraqlandıran daha bir suala aydınlıq gətirmək üçün bildiririk ki, ötən illərdə olduğu kimi cari ildə də rezidenturada təhsil alan namizədlərin təhsilini davam etdirməkdən imtina etməsi faktı qeydə alınmışdır. Namizədlər unutmamalıdırlar ki, qəbul olduqdan sonra imtina etdikləri plan yerləri imtinadan sonra boş qalır, bu da xərclənən dövlət vəsaitinin israf olunmasına, eləcə də gələcəkdə imtina olunmuş ixtisaslar üzrə kadr çatışmazlığına gətirib çıxarır. Eyni zamanda imtina olunmuş plan yerinə qəbul olmaq arzusunda olan hər hansı bir namizəd ya başqa bir ixtisasa qəbul olmuş olur, ya da ümumiyyətlə, rezidenturaya qəbul ola bilmir. Ona görə də ixtisas seçimi edərkən sizinlə bərabər bu yolda uğur qazanmış digər həmkarlarınızı da nəzərə alın.
Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramı təqdim edirik.
İstiqamət I* – Müalicə işi, pediatriya
Minimal bal : 50.000
Maksimal bal : 80.000
Namizədlərin sayı : 344
Ballar üzrə histoqram
Bal intervalları | Namizədlərin sayı | Cəmi |
96 - 100 | 0 | 0 |
91 - 95 | 0 | 0 |
86 - 90 | 0 | 0 |
81 - 85 | 0 | 0 |
76 - 80 | 6 | 6 |
71 - 75 | 17 | 23 |
66 - 70 | 51 | 74 |
61 - 65 | 80 | 154 |
56 - 60 | 93 | 247 |
51 - 55 | 85 | 332 |
50 | 12 | 344 |
* - Hərbi tibb fakültəsinin namizədləri istisna olmaqla
İstiqamət II – Stomatologiya
Minimal bal : 52.000
Maksimal bal : 79.000
Namizədlərin sayı : 17
Ballar üzrə histoqram
Bal intervalları | Namizədlərin sayı | Cəmi |
96 - 100 | 0 | 0 |
91 - 95 | 0 | 0 |
86 - 90 | 0 | 0 |
81 - 85 | 0 | 0 |
76 - 80 | 1 | 1 |
71 - 75 | 1 | 2 |
66 - 70 | 3 | 5 |
61 - 65 | 4 | 9 |
56 - 60 | 3 | 12 |
51 - 55 | 5 | 17 |
50 | 0 | 17 |
İstiqamət III – Tibbi profilaktika
Minimal bal : 51.000
Maksimal bal : 83.000
Namizədlərin sayı : 73
Ballar üzrə histoqram
Bal intervalları | Namizədlərin sayı | Cəmi |
96 - 100 | 0 | 0 |
91 - 95 | 0 | 0 |
86 - 90 | 0 | 0 |
81 - 85 | 2 | 2 |
76 - 80 | 4 | 6 |
71 - 75 | 10 | 16 |
66 - 70 | 19 | 35 |
61 - 65 | 25 | 60 |
56 - 60 | 7 | 67 |
51 - 55 | 6 | 73 |
50 | 0 | 73 |