
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul nəticələrini açıqlayıb.
Ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Universitetlərə qəbul olunan şəxslər arasında mətbuat nümayəndələrinin övladları da var.
AzEdu.az tələbə adını qazanan jurnalist övladlarını təqdim edir:
Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Nurcan Qafarlı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olub:
Lent.az saytının redaktoru Səbinə Əvəzqızının oğlu Cavidan Məmmədli UNEC-ə qəbul olub:
İctimai Televiziyada "Carçıfilm" Yaradıcılıq Birliyinin direktor müavini Eldar İskəndərzadənin oğlu Rəşad İskəndərzadə UNEC-in Maliyə ixtisasına daxil olub:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiinin mətbuat katibi Fizuli İsmayılovun oğlu Toğrul İsmayılov Azərbaycan Dillər Universitetinə qəbul olunub:
APA TV-nin redaktoru Cavid İsmayılın oğlu Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olub:
Azəraqrartikinti ASC-nin mətbuat katibi Teymur Mahmudovun oğlu Rauf Mahmudov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi ( dövlət sifarişli, tədris ingilis dilində) fakültəsinə qəbul olunub:
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərlinin qızı Rübabə Kələntərli Türkiyənin Özyegin Universitetinin Komputer Elmləri proqramı üzrə Mühəndislik fakültəsinə daxil olub:
Moderator.az İnformasiya Agentliyinin baş redaktoru Zülfüqar Hüseynzadənin övladı Hüseyn Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub:
“Şərq” qəzetinin redaktoru Yusif Nəzərlinin qızı Türfə Nəzərli UNEC-ə daxil olaraq tələbə adını qazanıb:
“Yeni Müsavat” qəzetinin baş redaktoru Xalid Kazımlının oğlu Nihad Kazımlı Xəzər Univeristetinin Psixologiya fakültəsinə qəbul olunub:
Jurnalistlər Zamin Hacı və Sevinc Telmanqızının qızı Selcan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub:
Keçmiş jurnalist və tanınmış yazıçı Varis Yolçuyevin oğlu Cavad Yolçuyev UNEC-in İqtisadiyyat fakültəsinə daxil olaraq tələbə adına layiq görülüb: