
“Abituriyentlərin qəbul olmasında diqqət olunmalı ən vacib hissə məhz statistik məlumatlardır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib:
O, 23 sentyabrda elan olunan ixtisas seçiminin nəticələri ilə bağlı fikirlərini bildirib:
“2020-ci ildə olan Ixtisas seçimi ötən illərə nisbətdə daha çətin ve məsuliyyətli idi. Çünki pandemiyaya görə qəbul imtahanları 1 dəfə keçirildi və bəzi məhdudiyyətlər abituriyentlərin psixoloji durumuna təsir etdi. Onu qeyd edim ki, ixtisas seçimi hər gəncin gələcək 4 ilində və bütün həyatında mühüm rol oynayır. İxtisas seçimində 3 əsas faktora diqqət etmək lazımdı: Universitetin maddi-texniki bazası və müəllim heyəti; ixtisasların əmək bazarındakı yeri; təhsil haqqı.
Bundan sonra isə son 2 ilin statistikasını nəzərdən keçirmək lazımdır. Abituriyentlərin qəbul olmasında diqqət olunmalı ən vacib hissə məhz statistik məlumatlardır. Ancaq təəssüf ki, çox adam əvvəlki ilin keçid balına baxıb öz düşüncəsi ilə seçim edir və ya məsləhət verir. Mənə müraciət edən 2 abituriyent 470 və 530 bal ilə 1 və 2-ci qrupdan qəbul olunmayıblar. Səbəb isə statistikadan istifadə etməmələri olub. Texniki problem hər zaman ixtisas seciminin cavabları açıqlananda olur. Buna əsas səbəb isə sistemin yüklənməsidir. Ancaq hazırda sistemə rahat daxil olaraq nəticələri öyrənmək olar”.
Qeyd edək ki, 42731 nəfər ali təhsil müəssisələrinə daxil olub.