Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 11:36:00
Abituriyent II turda həm boş qalan plan yerinə, həm də kollecə sənəd verə bilər?-RƏSMİ CAVAB  

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

 

Eyni abituriyent həm universitetlərin II tur üzrə boş qalan plan yerlərinə, həm də kolleclərə qəbul üçün ixtisas seçimində iştirak edə bilər?

 

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, əgər abituriyent ərizəsində kolleci də qeyd edibsə, universitetlərin boş qalan plan yerlərininin də, kolleclərin də ixtisas seçimində iştirak edə bilər.

 

Bu prosesin ikisi də 26-30 sentyabr tarixlərində aparılacaq. Əgər abituriyent ərizəsində kolleclərin ixtisas seçimində iştirak edəcəyini qeyd etməyibsə, bunu ərizəsində qeyd edə bilər. Hazırda qeydiyyat açıqdır.

 

Təbii ki, abituriyentə bu hüquq müsabiqə şərtlərini ödədiyi təqdirdə verilir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları