Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 17:18:00
Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, İxtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.