
“Şagirdlərimiz informasiya ilə necə davranmaq lazım olduğunu bilməlidirlər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Xəzər TV-nin “Birinci Studiya” verilişində səsləndirib.
O, ölkədə internetin verilməsinin məhdudlaşdırılması ilə bağlı məsələyə münasibət bildirib.
“Biz məktəbdə formal təhsil alırıq, bir-birimizlə münasibətdə olanda, hansısa fəaliyyəti yerinə yetirəndə belə öyrənmə prosesini həyata keçiririk. Bu gün bizim uşaqlarımız sosial davranış qaydalarını öyrənir və informasiya ilə necə davranmaq lazım olduğunu bilirlər. Onlar məlumatı tapmaq, emal və istifadə etməyi bilirlər.
Hazırda ölkədə informasiya müharibəsi gedir və şagirdlər başa düşürlər ki, bu təkcə güc deyil, həm də informasiya müharibəsidir”.
Qeyd edək ki, 15 sentyabrdan etibarən ölkəmizdə təhsil distant və əyani olmaqla hibrid formada başlayıb.