Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 12:23:00
Düşmən mövqeləri dayanmadan məhv edilir - Korpos komandiri  

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Birliyinin komandiri, general-mayor Hikmət Həsənov ordunun döyüş hazırlığı ilə bağlı açıqlama verib.

 

AzEdu.az-ın  məlumatına görə, Azərbaycan Ordusunun döyüşə böyük ruh yüksəkliyi ilə atıldığını deyən birlik komandiri düşmən mövqelərinin dayanmadan məhv edildiyini deyib:

 

“Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”.