Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 15:02:00
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanıldı  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə avqustun 27-də keçirilmiş test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını əldə edə bilərlər.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən götürə bilərlər.