Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 17:19:00
Zamanın haqlı çağırışı  

Milli adət-ənənələrə söykənən, milli ideologiya ilə silahlanan Azərbaycan cəmiyyəti kənar təsirlər qarşısında möhkəm dayanmaq əzmini daim nümayiş etdirib, öz dövlətinin dayaqlarını daha güclü etməyə çalışıb.

 

Otuz ildir ki, Ermənistanın mənfur siyasi-hərbi dairələri və onun havadarları Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayır. Xalqımız və şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə bu işğala son qoyacaq.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru İrşad Kərimli bildirib. O qeyd edib ki, ordumuz sentyabr ayının 27-də Ermənistanın növbəti təxribatının qarşısını alaraq əks-hücuma keçib, düşməni geri çəkilməyə məcbur edib. Bu gün vətənin müdafiəsinə qarşı döyüşmək istəyən könüllülərin sayı-hesabı yoxdur. Bu, Azərbaycan xalqının milli birliyinin əyani nümunəsidir. Bu nümunəni biz Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların bəyanatından da görə bilərik. Siyasi və milli həmrəylik nümunəsi olan həmin bəyanat Ermənistanın işğalçı siyasətinə etiraz tələbi ilə ölkəmizin siyasətçilərini dövlətimizin başçısının ətrafında birləşdirir. Bəyanatda diqqəti cəlb edən əsas məqamlardan biri rəsmi Yerevanın yürütdüyü təxribat siyasətinin daha çox Ermənistanın daxili iqtisadi və sosial narazılıqlarının boğulmasına hesablanması reallığını açıb göstərməsidir. Ermənistanda sosial gərginliyin siyasi mübarizəyə aparıb çıxaracağından qorxan ölkə rəhbərliyi həmin mübarizəni arxa plana keçirmək üçün cəbhə xəttində təxribat törədir. Döyüş meydanında məğlub olan erməni silahlı qüvvələri Azərbaycanın dinc sakinlərini, kənd və şəhərləri atəşə tutmağa çalışırlar. Lakin xalqımız torpaqlarımızı azad edəcək, bayrağımızı Xankəndində, Şuşada və işğaldan azad edəcəyimiz digər ərazilərimizdə dalğalandıracağıq. Son döyüşlər qələbəmizin yaxın günlərdə olacağına bizi inandırır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu erməni vandallarına elə bir dərs verəcək ki, tarixboyu onlar bunu unutmayacaqlar. Əzəli və tarixi Qarabağ torpaqları yağı düşməndən azad ediləcək, qaçqın və köçkünlər öz yurdlarına dönəcəklər.