Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-03 14:40:00
UNEC-in Zaqatala filialında respublika elmi konfransı keçiriləcək  

Oktyabrın 30-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında onlayn formatda “Regionların sosial-iqtisadi inkişafında müasir universitetlər: yeni çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, konfrans idarəetmə elmində, maliyyə, mühasibat uçotu, audit və iqtisadiyyatın digər sahələrində, fənlərarası inteqrasiya və iqtisadi effektlər bölmələri üzrə aparılacaq.