Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 10:00:00
Müharibənin elm cəbhəsi: Alimlərimiz Azərbaycan əsgərlərinə kömək edə bilirmi?

 

Sentyabrın 27-dən başlayaraq Ermənistanın təxribatlarına qarşı əks-hücum quran şanlı Azərbaycan ordusu tarix yazır.

 

Azərbaycan əsgərinin rəşadəti, düşmənə qan uddurması hansı sahədə, hansı ölkədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.

 

Ancaq Ermənistanın davranışları göstərir ki, döyüş yalnız hərb sahəsində aparılmır. Diplomatiyada, elmdə, informasiya sahəsində də ciddi savaşmağımız gərəkdir.

 

Bu sahələri boş buraxmaq əslində düşmənlə üz-üzə olan əsgərlərimizə xəyanət kimi dəyərləndirilə bilər.

 

Bu mənada son zamanlar diplomatiya və informasiya sahəsindəki mübarizəmiz öz nəticəsini verməkdədir. Təbii ki, könül istərdi ki, qeyd etdiyimiz sahələrdə də Azərbaycan əsgərinin rəşadətinə adekvat işlər görülsün.

 

Bəs, Azərbaycan elm sahəsində, xüsusilə də tarix sahəsində paralel mübarizə apara bilirmi?

 

Mədəni irsimizlə bağlı mücadilələr hansı yerdədir? Bu, elə bir işdir ki, əlindən silahı yerı qoydunsa mütləq düşmən səni vuracaq.

 

Konkret olaraq, bu sahələrdə də işlər davamlı olmalı, elm adamlarımız hər an yenii və həqiqi iddialarla çıxış etməlidir.

 

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın işğal olunmuş torpaqlarının elmi təqdimata ehtiyacı yoxdur:

 

“Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın ərazi bütövlüyünü Ermənistandan başqa bütün dövlətlər tanıyır. Müstəqil Azərbaycan dövlətinin işğal altındakı ərazilərinin hamısının tarixi adı var. Bu adlar bizimdir. Ermənistan həmin yerləri işğal edəndən sonra adları dəyişdirsə də bunun heç bir əhəmiyyəti yoxdur”.


Bəxtiyar Əliyevin sözlərinə görə, biz öz yer adlarımızı, onların tarixini necə var o formada da dünya ictimaiyyətinə təqdim etmişik:

 


“Biz bunu beynəlxalq müqavilələrdə də yazmışıq. Qeyd-şərtlərimizi də qoymuşuq. Bu gün də o ənənə davam edir və yenə də edəcəyik. Hesab edirəm ki, Ermənistanın Azərbaycanın tarixi yer adları ilə bağlı səsləndirdiyi eləcə də təqdim etdiyi yalanların mənası yoxdur”.

 

P.S. Bu, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədrinin fikirləri idi.