Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 13:18:00
Qalibiyyət həftəsinin təhsil icmalı – Məktəblər və tədris prosesi ilə bağlı vacib qərarlar  

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 28 sentyabr-4 oktyabr tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Təhsil Nazirliyi işğaldan azad olunan kəndlərimizin təhsil statistikasını təqdim edib:

 

Füzuli rayonunda işğal olunana qədər 86 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə şagirdlərin sayı 21 min, müəllimlər isə 1900 nəfər olub. Hazırda rayon üzrə 79 təhsil müəssisəsi fəaliyyətdədir. Müəllimlərin ümumi sayı 2259, şagirdlər isə 1342-dir. 

 

Cəbrayıl rayonu işğal olunana qədər burada 73 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 14 min 500, müəllimlər isə 1640 nəfər olub. Hazırda rayon üzrə 41 təhsil müəssisəsi fəaliyyətdədir. Müəllimlərin ümumi sayı 1275, şagirdlərin sayı isə 9047 nəfərdir.

 

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində 2 məktəblimiz həlak olub:

 

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə  həlak olub. Bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir: 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

 

Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlanıb:

 

BŞTİ-nin ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri (onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir) hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib.

 

Ermənilər Tərtərdə uşaq bağçasını vurublar:

 

Ermənistan Silahlı Qüvvələrinin Tərtər şəhərini ağır artilleriyadan atəşə tutması davam edir.

 

Düşmən məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsinə ağır artilleriyadan atəş açıb.

 

Cəbhəyanı rayonlarda məktəblərin fəaliyyəti nə zaman bərpa olunacaq?

 

“Hazırda iki böyük çağırışla üz-üzəyik. Ölkəmizdə hərbi vəziyyət elan olunub, eyni zamanda COVİD-19 pandemiyası gündəlik həyatımızın bir hissəsidir. Cəbhəyanı məktəblərdə müəyyən təhlükə, təhdid olursa fəaliyyəti dayandırlır. Risk yoxdursa, pandemiya şərtlərinə uyğun tənzimlənir”.

 

Bunu Təhsil Naziri Emin Əmrullayev mətbuat konransı zamanı deyib.

 

Təhsil Nazirliyi: Ermənistanın təxribatları cəbhə bölgəsində tədris prosesinə də öz təsirini göstərib:

 

Təhsil Nazirliyi məktəblərdə dərslərə davamiyyətlə bağlı açıqlama yayıb.

 

 "Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edir. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur".

 

 Orta məktəblərdə tətil müddəti azaldıla bilər:

 

“Tətillərin azaldılması, yay məktəblərinin təşkili  vasitəsi ilə şagirdlərin  biliklərini kompensasiya etməyi düşünürük”.

 

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Xəzər TV-nin “Birinci Studiya” verilişində səsləndirib.

 

1 oktyabrdan dərslər bu formada təşkil ediləcək: 

 

“1 oktyabr tarixindən məktəblərdə tədrisin təşkili  fərqli formata olacaq. Bakı və Abşeronda dərslər həftədə 2 dəfədən 3 dəfəyə qalxacaq”. 

 

Bu fikirləri Təhsil naziri Emin Əmirullayev brifinqdə səsləndirib.

 

“Bölgə məktəbləri iki katekqoriya bölünəcək. Şagird sayə 200-dən çox və az olanlar. Şagird sayı 200-dən az olan məktəblərdə dərslər həftədə 5 gün,  200-dən çox olan məktəblərdə isə həftədə 3 gün keçiriləcək.

 

Bakı və Abşeronda bağçalar bu tarixdən fəaliyyətə başlayacaq:

 

“15 sentyabrdan Bakı, Sumqayıt və Abşeron istinsa olmaqla bağçalar fəaliyyətini bərpa edib. 1 oktyabrdan isə bu bölgələrdə də fəaliyyətə başlayacaq”.

 

Bunu Təhsil Naziri Emin Əmrullayev brifinqdə səsləndirilib.

 

O, bağçaların həftədə 5 gün fəaliyyətdə olacağını qeyd edib:

 

 “Bağçalar distant formada təşkil edilmir. Həftədə 5 dəfə ənənəvi formada işləyək”.

 

Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına bu şəkildə təsir göstərəcək:

 

”Biz uyğunlaşdırılmış tədris planını həm də o məqsədlə hazırlamışıq ki, müəllimlərdə izafi dərs yükü yaranmasın. Məsələn, tədris planında VII sinifdə 35 saat dərs nəzərdə tutulub. Müəllim onun 15 saatını bir yarımqrupa, 15 saatını digər yarımqrupa deyir, qalan 5 saat isə distant formada tədris edilir”.

 

 AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 

Müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilib:

 

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilir. 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, yerləşdirmədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 18:00-dan  5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

 

Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, yeni yaranan vakant yerlər də elan olunacaq. Bu mərhələdə 4000-dən çox vakant yerin çıxarılması nəzərdə tutulub.

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları