Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-16 12:46:26
Fransız dili Avropa ictimai və siyasi institutları üçün rəsmi dil statusunu ala bilər

Fransa Prezidenti Emmanuel Makron fransız dilinə Avropa ictimai və siyasi institutları üçün rəsmi dil statusunu qaytarmaq niyyətindədir.

AzEdu.az  xəbər verir ki, "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, fransız dili bu statusu Böyük Britaniyanın 1973-cü ildə Avropa İttifaqına daxil olana qədər saxlayırdı.

"İngilis dili ortaya "Brexit" məsələsi çıxana qədər bu dərəcədə müzakirə olunmurdu. Amma onun dominantlığı uzunmüddətli deyil", - dövlət başçısı bildirib.

Qeyd edək ki, hazırda ingilis dili Avropa İttifaqı (Aİ) əhalisinin 12,8%-i üçün rəsmi dildir. Amma Böyük Britaniya Aİ-ni tərk etsə ingilis dili Aİ ölkələrindən yalnız İrlandiya və Malta üçün rəsmi dil olaraq qalacaq.