Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 12:07:00
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başladı  

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlər oktyabrın 6-dan 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir. Abituriyentlər təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 23 min 465 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1193 nəfər (o cümlədən 1097 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10 min 622 nəfər qəbul olub.