
Amerika tibb oxumaq arzusunda olan tələbələr üçün mükəmməl seçimlərdən biridir. Burada üstəlik, təhsil alan tələbələrin diplomları həm Azərbaycanda, həm də bütün Avropada etibarlı hesab olunur və keçərlidir.
AzEdu.az xəbər verir ki, Amerikanın ali təhsil ocaqlarında tibb fakültələrinə qəbul olunmaq üçün tələbələr əvvəlcə biologiya və kimya kimi tibblə əlaqədar bir sahədə bakalavr dərəcəsi almalıdırlar. Hazırda Amerikanın 120-dən çox üniversiteti həkim olmaq istəyən tələbələrə xüsusi proqramlar üzrə dərslər təklif edir. Tələbələr tibb kolleclərinə qəbul testlərindən və ya MCAT-dən keçməlidirlər.
MCAT imtahanlarını Amerika Tibb Məktəbləri Assosiasiyası kompüter vasitəsi ilə keçirir. Ümumiyyətlə isə təkçə Amerikada deyil, eynən Kanada və Avstraliyada da tibb üzrə oxumaq istəyənlər bu imtahandan keçməlidirlər. MCAT 1928-ci ildən etibarən fəaliyyət göstərir. Bu testlərdən alınan qiymət universitetə qəbul zamanı nəzərdə tutulan amillərdən biridir.
Çox tələbə bakalavr pilləsinin ikinci və ya üçüncü ilində imtahana üçün qeydiyyatdan keçirlər. Müraciətin vaxtından asılı olaraq, nəticələrin cavabı 2 ildən 3 ilə qədər etibarlı hesab oluna bilər. İmtahan 4-5 saat davam edir, səhər və ya günorta saatlarında iştirak etmək mümkündür. MCAT imtahanına bir il ərzində ən çox 3 dəfə girmək olar.
İmtahanlara qeydiyyat 3 cür aparılır, əcnəbi tələbələr üçün imtahanın qiyməti qeydiyyata düşmə vaxtına görə fərqlənmir. Qeyd edək ki, imtahanlara qeydiyyatdan asılı olaraq yerli tələbələr üçün ayrı qiymətlər nəzərdə tutulur.
Gold Zone (İmtahandan 1 ay veya daha tez qeydiyyatdan keçənlər üçün)
Silver Zone (İmtahana 1 aydan daha az qalmış qeydiyyatdan keçənlər üçün)
Bronze Zone (İmtahana 1-2 həftə qalmış qeydiyyatdan keçənlər üçün)
Testlər dört hissədən ibarət olur:
Physical Sciences
The Verbal Reasoning
Biological Sciences
Trial Sections