Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-08 09:24:00
Cəbhənin müxtəlif istiqamətlərində düşmənə ciddi zərbələr vuruldu  

Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.

 

Azərbaycan Müdafiə Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

 

1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.