Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 09:11:00
Düşmən Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl cəbhəsində geri oturduldu

Ermənistan humanitar atəşkəs rejiminə əməl etmir. Müdafiə Nazirliyindən  AzEdu.az-a verilən məlumata görə, oktyabrın 11-dən 12-ə keçən gecə gedən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmağa çalışıblar.

 


Bu məqsədlə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.

 

Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

 

Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.