
“Hazırda ön cəbhədə olmayan hər kəsin Vətənə ən böyük töhfəsi informasiya müharibəsində iştirak etməkdir”
AzEdu.az xəbər verir ki, bu sözləri BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, xüsusilə xarici dilləri bilənlərin üzərinə böyük vəzifə düşür.
Vitse-prezident beynəlxalq informasiya məkanındakı dezinformasiyalara susmamalı olduğumuzu bildirərək tələbələrə çağırış edib:
“Azərbaycan informasiya məkanında deyil – beynəlxalq platformalarda aktiv olaq;
Beynəlxalq informasiya agentlilklərinin səhifələrində dezinformasiyalara münasibət bildirək. Əsasən məqalə müəlliflərinə birbaşa (e-mail və ya messenger) müraciət edərək səbrlə faktları və həqiqətləri bölüşək;
Məqalə, poster, infoqrafika, şərh – hər biri keçərlidir;
Hashtag’lərdən istifadə edək – informasiya agentliklərini tag edək;
Xarici dil bilməyənlər – yazılanları aktiv şəkildə paylaşaq;
Son olaraq – “Düşmənə ciddi zərbələr vurmuşuq. Gözləmədiyi məğlubiyyət hikkəsindən boğularaq hər cür təxribat və dezinformasiyaya əl atır. DÖVLƏTİMİZƏ VƏ ORDUMUZA DƏSTƏK OLAQ”- deyə o bildirib.
Qarabağ Azərbaycandır!