
2020-10-16 17:31:00
Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşdü
Oktyabrın 16-da Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
AzEdu.az xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində 3 nəfər məktəblinin həlak olması, 15 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb.
Səfir, öz növbəsində, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41