
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) tələbələr və məzunlar üçün Yeni Təcrübə Proqramı elan edir.
Proqrama yerli və xarici tələbələr müraciət edə bilərlər.Təcrübə proqramı 3 ay müddəti əhatə edəcək. Tələbələr təhsil aldıqları ali məktəblərdə dərslərindən sonra proqramda iştirak imkanı qazanacaqlar.
Proqramda iştirak edəcək təcrübəçilərə nələr vəd edilir?
- İSİM tədqiqat layihələrində iştirak etmək;
- Xarici tədqiqatçıların rəhbərliyi ilə tədqiqat və iqtisadi-elmi metodları öyrənmək;
- İSİM-in adından xaricdə təşkil edilən beynəlxalq tədbirlərə qatılmaq;
- İqtisadi biliklər ilə yanaşı xarici ekspertlərin çalışdığı mühitdə ingilis dili biliklərini təkmilləşdirmək;
- Mətbuata çıxış imkanları əldə etmək;
- Yerli dövlət və beynəlxalq qurumlar ilə əlaqələr qurmaq;
- CV-nizi təkmilləşdirmək
- İSİM-in çap etdiyi nəşrlərin müəllifi olmaq və
ən əsası
- Yaxşı, dostcasına mühitdə çalışmaq
Müraciətçidən nələr istənilir?
- Azərbaycanda və ya xaricdə uiversitet tələbəsi və ya məzunu olmaq;
- Orta iqtisadi biliklər;
- Ən azı danışıq ingilis dili biliklər;
- Proqram dövründə tədqiqatlarda mütəmadi olaraq iştirak etmək.
Proqramda iştirak etmək istəyənlər CV və niyyət məktubunu [email protected] email ünvanına göndərə bilərlər. Sənədlər azərbaycan və ya ingilis dillərində olmalıdır.
Proqrama son müraciət tarixi: 27 Oktyabr 2020-ci il
İSİM ABŞ-ın məşhur Penselvaniya Universitetinin beynəlxalq qiymətləndirməsində 2015-ci il üçün Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi elan edilib. Eyni zamanda Harvard Universitetinin rəsmi siyahısına daxil olan yeganə Azərbaycan mərkəzidir.