
2020-10-19 17:45:00
DİM-də Azərbaycan və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib
19 oktyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, iclasların gündəlik məsələsi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modelinin müzakirəsi olub.
Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2020-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.
Daha sonra imtahan modelinin strukturu və məzmunu müzakirə edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
26 oktyabr 2020-ci il tarixində müzakirələr davam etdiriləcək.
Bu bölməyə aid digər xəbərlər
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
2024-08-29 16:11:00
Dövlət qulluqçularının etik davranış qaydaları barədə hesabat hazırlanıb
2024-08-29 16:05:41
Kolleclərə ixtisas seçimi başlayıb
2024-08-28 11:14:09
DİM-dən abituriyentlərə şad xəbər: həmin sual hamının xeyrinə hesablanacaq!
2024-07-23 10:49:00
TOEFL iBT imtahanı keçirilib
2024-07-21 11:55:02
Qəbul imtahanının çətinliyi barədə DİM-dən açıqlama
2024-07-15 10:02:00
İmtahan verəcək şəxslərin nəzərinə: Mütləq bu sənədləri götürün
2024-07-13 16:47:16
Abituriyentlərin nəzərinə: buraxılış vərəqəsini çap edin
2024-07-12 15:56:59
General Test imtahanı keçirilib
2024-07-12 14:50:32
Qabiliyyət imtahanları davam edir...
2024-07-10 14:57:54