
Hazırda cəbhə bölgəsində davam edən döyüşlərin gedişatı qədər cəmiyyətin düzgün və operativ şəkildə məlumatlandırılması da vacibdir.
Bu zaman informsiyanı cəmiyyətə ötürən jurnalistin peşəkarlığı məsələsi ön plana çıxır.
Bəs ölkədə peşəkar hərbi jurnalist kadrlarının hazırlanması üçün bu sahədə keçirilən təlim və dərslər nə dərəcədə keyfiyyətlidir?
AzEdu.az – a açıqlamasında "Konflikt jurnalistikası məktəbi” layihəsinin rəhbəri Əlisəfa Mehdi bu mövzuya aydınlıq gətirib:
“2015-ci ildən etibarən jurnalistlər üçün mütəmadi olaraq risklərdə və konfliktlərdə davranış təlimləri keçirilir, eyni zamanda bunun təlim bazası yaradılıb. Birinci Qarabağ müharibəsi, ümumilikdə Azərbaycan mütəqilliyini geri qazandığı vaxtdan sonrakı dövrdə isə bu sahədə kifayət qədər təcrübə əldə edildi. Belə desək, hazırda konflikt (eksterimal ; hərbi) jurnalistika mövzusunda təlim keçmək üçün həm təcrübi, həm də elmi-nəzəri baza var. Sadəcə olaraq, bunu bir balaca optimallaşdırmaq gərəkdir”.
Azərbaycanda konflikt jurnalistikası sahəsində hansı dəyişiklik və yeniliklərə ehtiyac olduğu zaman-zaman vurğulanır. Ə.Mehdi bu barədə danışarkən aşağıdakı təklifləri qeyd edir:
“Bu işin bir tərəfi təcrübə, digər tərəfi isə yaradıcılıqdır. Hazırda İkinci Qarabağ müharibəsində döyüş meydanlarından bizə informasiya ötürən jurnalistlərin demək olar ki, əksəriyyəti konflikt jurnalistikası təlimlərində iştirak edib, konkret riskli zonalarda davranma vərdişlərini mənimsəyiblər. Amma jurnalistika özü mahiyyət etibarı ilə yaradıcı və intellektual sahə olduğu üçün onların ötürdüyü informasiya artıq onların özlərinin yaradıcılığına bağlıdır. Bu artıq qabiliyyət və istedaddan asılıdır, onunla bağlı təlim keçmək mümkün deyil. Artıq jurnalist informasiyanı ötürərkən yaradıcılığından faydalanmalıdır. Hazırda bir neçə hərbi jurnalistimiz var ki, onlar öz fəaliyyətlətləri ilə seçilir.
Hazırda cəbhə bölgəsindən birbaşa informasiya ötürən bir çox jurnalistlərimiz var. Ekpert onların fəaliyyətini bu cür qiymətləndirir:
“Konkret olaraq bu sahəni seçib, sırf bu sahə üzrə informasiya ötürən jurnalistlərin fəalliyini normaldır. Əgər bu gün ölkə ərazisində internet imkanları məhdudlaşdırılıbsa, cəbhədən gələn informasiyalar müəyyən qədər “ütülənib” ötürülürsə, artıq burada jurnalistlərimizi qınamaq doğru olmaz. Çünki jurnalistlərimiz peşəkardırlar və lazımi informasiyanı ötürürlər. Ancaq bununla yanaşı hazırda cəbhədə “paraşüt” jurnalistlər də var. Yəni bu sahə üzrə heç bir təlim keçməyib, hazırlanmayıb və konkret məlumatı yoxdur. Birdən-birə hadisələrin mərkəzinə düşür və cəbhədən informasiya ötürür. Halbuki jurnalistika peşəkarlğı yoxdur, ekstremal situasiyada davranışı, hərbi sahəni, döyüş bölgəsindən düzgün informasiya ötürməyi bilmir. Belə desək vətəndaş jurnalistikası ilə məşğul olur.
Buna baxmayaraq onlar da hansı informasiyanı ötürməyin lazım olub - olmadığını bilirlər. Bununla yanaşı hazırda qızğın döyüşlərin getdiyi zonadan jurnalistlərimiz birbaşa informasiya ötürə bilmirlər, çünki təhlükəsizlik məqsədi ilə onlar ora buraxılmır. Yəni jurnalistlər arasından daim əsgərlərlə birlikdə hərəkət edən, konkret döyüş anlarını qeydə alan şəxlər seçilmədi. Bu səbəblə biz cəbhədən qızğın döyüş səhnələri izləyə bilmirik və bu çox məyusedicidir. Ona görə ki, biz bu şərəf tariximizi yazdığımız prosesi əlimizdə olan materiallarla sənədləşdirməli, arxivləşdirməli idik.
Ancaq çox təəssüf ki, bu zamanlarda əlimiz boş qalır.
Konflikt ( eksterimal;hərbi) jurnalistika təlim olaraq deyil də Jurnalistika fakultəsində “Hərbi jurnalistika “ fənni olaraq niyə tədris edilmir?
-Jurnalistika fakultəsinin bəzi müəllimləri eksterimal jurnalistika kursu keçib, onlardan biri də Akif Rütəmovdur. Eyni zamanda bu sahədə jurnalistlərimizi bir qədər məlumatlandırmışıq. Konflik jurnalistikası təcrübə ilə bağlı olduğu üçün onu auditoriyalarda öyrətmək mümkün deyil. Hərbi jurnslitika da Konflik jurnalistikasının tərkib hissəsidir. Əslində Hərbi jurnalistika əsasən Müdafiə Nazirliyinin Hərbi Akademiyasında keçirilməlidir. Biz mülkü jurnalistlərik və heç bir halda hərbi jurnslist ola bilmərik.
Hazırda hərbi jurnalistlər əsasən “Azərbaycan ordusu” qəzetində, hərbi geyimdə fəaliyyət göstərirlər. Digərləri mülki jurnalistlərdir, sadəcə olaraq döyüş sahəsindən informasiya ötürürlər. Hərbi jurnalist olmaq üçün kifayət qədər hazırlıqlı olduqdan sonra onlara “stringer jurnalist” deyilir. Mülkü jurnalistlər konkret döyüş sahəsindən informasiya ötürmək üçün hazırlanmalıdırlar. Bunun üçün də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin ortaq tərəfdaşlığı ilə xüsusui təlimlər keçirilməlidir.
Qeyd edək ki, hazırda cəbhə bölgəsində ordumuzun işğaldan azad etmə əməliyyatları davam edir.
Qarabağ Azərbaycandır!