
Xaricdə təhsil almaq istəyən tələbələr üçün ölkələrdəki son vəziyyət açıqlandı.
AzEdu.az tələbələrin ən çox seçdiyi ölkələrin qəbul şərtlərini təqdim edir:
Ölkələrdə son vəziyyət belədir:
Amerika Birləşmiş Ştatları
ABŞ-da əsasən, doktorantura təhsili üçün müraciət edən tələbələrə üstünlük verilir. Amerika vizanın ən tez alındığı ölkə olaraq bilinir. Ölkəyə girişdə isə Boston və Çikaqo xaric, 14 gün karantində qalmaq tələb olunmur.
İngiltərə
Oksford və Kembric kimi dünyanın ən önəmli universitetlərinin yerləşdiyi Böyük Britaniyaya giriş zamanı 14 gün karantində qalmaq şərti tətbiq olunur. Viza üçün müraciətlərə 2-3 həftə ərzində cavab verilir.
Kanada
Burada onlayn dərslərə qatılmaq istəyən tələbələr üçün 2 mərhələli viza tətbiq edilir. Vizalara müraciətin nəticəsi 5 ayadək açıqlanır.
İrlandiya
Dil məktəbində təhsil almaq üçün viza müraciəti qapalıdır. Magistratura və doktoranturada oxuyacaq tələbələr üçün D tipli vizaya qeydiyyat davam edir.vizaların açıqlanma müddəti 2-3 həftədir.
İtaliya
Bu ölkədə də dil təhsili alacaqlar üçün viza qapalıdır. D tipli vizalara qeydiyyat isə davam edir.
Almaniya
Bu ölkəyə daxil olarkən 14 gün karantinada qalmaq əsas şərtdir. Dil kurslarına qeydiyyat müvəqqəti dayandırılıb. Lakin D tipli viza üçün müraciət açıqdır. Vizaların açıqlanmas müddəti 4-6 həftədir.
Birləşmiş Ərəb Əmirlikləri
Dubay-Azərbaycandan BƏƏ-yə birbaşa uçuşlar hazırda qapalıdır.