
“SABAH” məzunlarından ibarət “Təbəssüm” komandası Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) xüsusi ehtiyacı olan istedadlı “SABAH” tələbələrinə təqaüd qazanmaq imkanı yaradıb.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, tələbələrin seçimi 2 mərhələ (onlayn müraciət və onlayn müsahibə) üzrə aparılıb. BDU-nun tələbələri Xatirə Baloğlanova, Leyla Mirzəyeva, Simarə Məmmədova və ADNSU-nun tələbəsi Musa Cahangirzadə təqaüd qazanmaq imkanı əldə ediblər.
Bundan əlavə, “SABAH” məzunları cəbhə bölgəsində yaşayan, ADNSU-nun "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan “SABAH” tələbəsi Elbrus Ağayevin ixtisası üzrə əlavə təhsil xərclərinin ödənilməsini də öz üzərlərinə götürüblər.