Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 12:42:00
Qazaxıstanın Satbayev Universitetindən dəstək məktubu  

Qazaxıstan Respublikasının Satbayev Universitetinin rektoru İ.K.Beysembetov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovaya məktub göndərib.

 

AzMİU-dan AzEdu.az-a verilən məlumata görə, qazax rektor məktubunda son günlər Dağlıq Qarabağdakı qanlı hadisələrə, beynəlxalq hüquq normalarının pozulmasına toxunub, cəbhədə baş verənlərdən narahat olduğunu bildirib. O, cəbhədə şəhid olanların yaxınlarının dərdinə şərik olduğunu vurğulayıb, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.