
2020-11-06 15:54:00
AzTU məzunları “Vəliyev” MMC-də işlə təmin edilib
Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə Sumqayıt şəhərində yerləşən "Vəliyev" MMC-də universitetin Metallurgiya və materialşünaslıq fakültəsinin IV kurs tələbələri və məzunları üçün Karyera Günü keçirilib.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, əvvəlcə iştirakçıların ixtisas bilikləri yoxlanılıb, müəssisənin işə qəbul komissiyasının üzvləri tərəfindən müvafiq qiymətləndirilmə aparılıb. Müsahibəni uğurla keçən AzTU-nun 4 məzunu şirkətdə işə qəbul olunub.
Qeyd edək ki, "Vəliyev" MMC 6 zavod komleksindən ibarətdir. Burada plastik və metal enjeksion, metaltökmə, qəlib, maşınqayırma dəzgahlarının idarə olunması və plastik avadanlıqların istehsalı həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44