Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-07 11:34:00
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə davam edir

Ümumilikdə 7 dövlət orqanında 21 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş ümumi müsahibə davam edir.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, müsahibədə 9 nəfər uğur qazanıb. Onlardan 4-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 3-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, ümumi müsahibədə iştirak üçün 76 nəfər sənəd verib. Müsahibə dekabrın 16-da başa çatacaq.