Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-09 10:50:00
Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatdı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

 

Qurumun Mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 407 nəfər isə yaralanıb.

 

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 326-dır.