
2020-11-09 11:46:00
Üçrəngli bayrağımızın əks olunduğu Cümhuriyyət fotoları - Tarixi rəsmlər
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında deyib: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
AzEdu.az bu gün münasibətilə Azərbaycan Cümhuriyyəti dövrünə aid bir neçə vacib fotoları təqdim edir. Həmin fotolarda üçrəngli bayrağımız da əks olunub:
1 - Azərbaycan Cümhuriyyətinin zabitləri və əsgərləri Dövlət Bayrağı fonunda. O zaman fotodakıların hər biri bu bayraq üstündə canından keçməyə hazır idilər. Fotodan da görünür;

2 - Azərbaycan Cümhuriyyəti Parlamentinin birinci iclası. Azərbaycanın üçrəngli bayrağı parlamentdə 7 dekabr 1918-ci il;

3 - Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı. 1919-cu il. Arxa planda Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı;

4 -1919- cu ildə Azərbaycan Cümhuriyyətinin poçt markası;

5 - Məhəmmədəmin Rəsulzadənin mühacirətdə xanımı Vanda ( Leyla ) xanım ilə tikdiyi Azərbaycan bayrağı .Hal -hazırda Milli Azərbaycan Tarix müzeyində saxlanır.

Bu bölməyə aid digər xəbərlər
Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür
2024-08-29 09:00:00
MEDİA mühüm bəyanat yaydı
2023-08-03 12:36:49
Zərdabi Günündə arzularım... - Elşad Eyvazlı yazır
2023-07-22 14:53:08
DİN bu şəxslər üçün vakansiya elan etdi
2023-07-18 14:43:00
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib
2023-07-08 18:22:00
“Kollec məzunlarının diplom balları obyektiv deyil” - HESABAT
2023-07-03 18:02:08
Rafiq Əliyevdən USTA BAXIŞ: “Qarabağ məsələsi o vaxt tam həll olunacaq ki...”
2023-07-01 14:49:01
Nazir olub, atasından pul istəyən ilk təhsil nazirimiz – Nəsib bəy Yusifbəyli
2023-06-30 11:30:47
Deputat: “Kitabdan gözəl hədiyyə yoxdur”
2023-06-30 09:26:27
Prezident xalqı TƏBRİK ETDİ
2023-06-27 12:10:37