
2020-11-10 17:13:00
AzTU-nun əcnəbi tələbələrindən qələbə təbriki -FOTO
Azərbaycan Texniki Universitetinin (AzTU) əcnəbi tələbələri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması münasibətilə təbriklərini çatdırıb. Bildiriblər ki, Ermənistan yeni işğal planları quraraq sentyabrın 27-dən Azərbaycana qarşı hücuma keçdi. Azərbaycan ordusu işğal altında olan torpaqları azad etmək məqsədilə 44 gün ərzində Ermənistanın 30 ilə qurduğu silahlı qüvvələrini darmadağın etdi. Əcnəbi tələbələr onu da qeyd ediblər ki, Azərbaycan bütün dünyaya öz ordusunun gücünü nümayiş etdirdi.
Qanalı tələbə Banasom Prince:
“Mən AzTU-da təhsil alıram. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktlarını bilirdim. Lakin sentyabrın 27-də onların yenidən təxribat törədərək işğala cəhd göstərmələrini gördüm. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlar işğaldan azad olundu. Qələbə xəbərinə mən də çox sevindim. Qarabağ Azərbaycandır!”
Qambiyalı tələbə Ndenneh Chubu:
“Mən AzTU-da təhsil alıram. Tarixi faklar da göstərir ki, Qarabağ həmişə Azərbaycanın olub. Mən yerli və beynəlxalq mətbuatı izləyirəm. Sentyabrın 27-də Ermənistanın təxribat törətməsinin, dinc əhalini hədəf almasının şahidi oldum. BMT Təhlükəsizlik Şurasının qətnamələrində də Qarabağın Azərbaycana aid olunduğu vurğulanır. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Mən Allaha dua edirəm ki, burada həmişə sülh olsun. Azərbaycan xalqı çox mehribandır, gözəldir, qonaqpərvərdir. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”
Vyetnamlı tələbə Nguyen Van Cuong:
“Mən AzTU-da təhsil alıram. Azərbaycan çox gözəl ölkədir. Mən Azərbaycanın tarixini oxumuşam. Tarixi faktlar Qarabağın əzəli Azərbaycan torpağı olmasını sübut edir. Nə yaxşı ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Artıq dünya da bildi ki, sizin çox güclü ordunuz var. Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. Qarabağ Azərbaycandır!”
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39