Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 09:27:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edildi      

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 10-na olan cədvələ uyğun yayımlanıb.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, proqramda hesablama əməliyyatları, estetika və mədəni özünüifadə, geyim üzrə dizayner, kompüter operatoru, dizayner, peşə etikası, interyer və eksteryerin bədii tərtibatçısı, bərbər-vizajist-manikürçü, avtomobil diaqnostikası və təmiri ixtisasları üzrə dərslər təqdim olunub.

 

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.