Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 14:15:00
  Müəllimlərin bu gün də çox soruşduğu suallar - Sertifikasiya qaydaları 

 

 

Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaradıcılığının yoxlanılması  məqsədi ilə sertifikasiya proseduru həyata keçirilir.

 

 

Nazirlər Kabineti 2018-ci ildə "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”  nı təsdiq edib.

 

Sertifikatlaşdırılma prosesinin 2020/21-ci tədris ilindən başlayacağı nəzərdə tutulmuşdu.

 

Lakin pamdemiya şəraiti ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi nəticəsində prosesin   2021-ci ilə tətbiqi gözlənilir.

 

AzEdu.az müəllimlərin uzun zamandan bəri gözlədiyi sertifikasiya qaydalarını təqdim edir:

 

Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır.

 

Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi.

 

Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid isə 20 bal təşkil edəcək.

 

Sertifikatlaşdırmadan keçən təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.

 

Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

 

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.

 

Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcək və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır.

 

Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları