Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-12 16:43:00
Biologiya və tarix fənləri üzrə imtahan modeli üçün tapşırıq nümunələri elmi-metodik baxımdan müzakirə edildi    

 

Noyabrın 12-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə,  iclasların gündəlik məsələsi imtahan modeli üçün tapşırıq nümunələrinin elmi-metodik baxımdan müzakirəsi olub.

 

Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib. İşçi qrupunun üzvləri müzakirə edilən məsələlərlə bağlı təkliflər veriblər.

 

Noyabrın 19-da müzakirələr davam etdiriləcək.