
Bakı Ali Neft Məktəbin məzunu Aqil Ələkbərov Vətən Müharibəsində fəal iştirak edir.
AzEdu.az xəbər verir ki, bununla bağlı BANM rektoru Elmar Qasımov öz facebook hesabında paylaşım edərək məzun əsgərlə qürur duyduğunu bildirib:
“Aqil Ələkbərov BANM - ə 680 balla qəbul olaraq Prezident təqaüdünə layiq görülüb. Ali Məktəbimizi bitirərək Vətən Müharibəsində qəhrəmancasına vuruşaraq Qəhrəman Əsgər zirvəsinə yüksəldi”.
Rektor qəhrəman əsgərə ürək sözlərini bildirib:
“Əziz tələbəmiz, Qəhrəman Əsgərimiz səni səbirsizliklə gözləyirik. Əminəm ki, SOCAR - da da neftçi mühəndis olaraq arxa cəbhənin Qəhrəmanına çevriləcəksən. Necə ki, ön cəbhənin Qəhrəmanı oldun. Qürurumuzsan, Aqil.”
Qeyd edək ki, II Qarabağ Müharibəsi Qəhrəman Azərbaycan ordusunun tam qələbəsi ilə yekunlaşdı.
Qarabağ Azərbaycandır!