
Məktəblər və valideynlər smartfon və digər elektron qurğuları yeniyetmələrdən uzaqlaşdırmaqdan qorxmamalıdırlar.
Bu haqda AzEdu.az xarici KİV-ə istinadən xəbər verir.
Londonda Qızlar Günü Məktəbi Təşkilatı konfransında danışan “Eton” özəl təhsil müəssisəsinin direktoru Simon Henderson 9 yaşındakı uşaqların gecə saatlarında cihazlarını təslim etmələrini istəyib. Onun sözlərinə görə, nə qədər inandırıcı olmasa da onlar bu fikri xoşlayıblar. Amma valideynlər və məktəblər bunu etmək istəməyiblər.
“Lakin onlar bu fikri uşaqlar üzərində tətbiq etdilər və gecə saatlarında 9-cu sinif şagirdlərinin cihazlarını əllərindən aldılar.
Biz oğlan uşaqlarının hiddətlənəcəyini düşündük, amma əksinə bu onların həqiqətən xoşuna gəldi. 9, 13 və 14 yaşlarında olan oğlanlar elektron cihazlarını 21: 30-da təhvil verib və onları 07: 45-də geri götürdülər”-deyə o, bildirib.
Fərdi məktəb siyasəti
Britaniyada bir çox məktəblərdə - həm dövlət, həm də özəl məktəblərdə şagirdlərin məktəbdə mobil telefonlardan istifadəsi qadağan edilir.
İngiltərədə müəllimlər şagirdlərin əşyalarını götürə bilər. Bu onların qanuni hüquqlarıdır. Lakin mobil telefondan istifadə ilə bağlı hökumət siyasəti yoxdur. Buna görə də , fərdi məktəblər bu məsələ ilə bağlı öz qaydalarına əməl edirlər. Məktəblərdə mobil telefonların qadağası şagirdlərə bir təhsil ili boyunca əlavə bir həftəlik təhsil vermək imkanı yaradır.
Araşdırmalar İngilitərədə, dörd məktəbdə aparılıb. Nəticəyə görə, telefonların qadağan edilməsi test ballarını 6% -dən çox artırıb.
Leyla Qulami