
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkaşf və innovasiyalar üzrə IV qrant layihəsinn qalibi olmuş “STEAM-gələcəyə texnika gözü ilə” layihəsi öz işini uğurla davam etdirir. Müasir təhsilimizdə tətbiq olunan STEAM dərsləri artıq ölkəmizin digər rayon və şərlərində də tətbiq edilməyə başlayıb. Layihə bu ildə Goranboy rayonunda da tətəbiq edilməyə başlayıb.
“STEAM- gələcəyə texnika gözü ilə” layihəsi Goranboy rayonu ərazisində tətbiq edilir. Layihədə müsahibə yolu ilə uğur qazanmış 15 müəllim “STEAM mütəxəsisi” kimi hazırlanması nəzərdə tutulub. Müəllimlər 16 təlim paketində ibarət olan təlimlərdə STEAM dərslərini təşkili və digər mövzular ətrafnda geniş məlumat verilir. Layihə rəhbəri Eşqin Axundlu bildirir ki, “STEAM layihəsi bu ildən Goranboy rayonunda tətəbiq edilir. Bunun üçün mütəxəsis hazırlığna ehtiyac olur. Gündən- günə çiçəklənən təhsilimizdə artıq STEAM dərslərinin öz mühüm rolu vardır. Təlimlərdə iştrak edən müəllimlər peşəkar təlimçi tərəfindən təlimlər keçirilir, layihə işləri təqdim edirlər. Ümid edirik ki, layihə Goraboy təhsili üçün uğurlu bir layihə olacaq. Müəllimlər layihə üçün lazım olan avadanlıqlarla təmin olunacaqlar ki, təlimlərdə öyrəndiklərini praktiki olaraq yerinə yetirsinlər. Həmçinin layihə çərçivəsində ölkənin digər rayon və şəhər məktəbləri ilə əməkdaşlıq və fikir mübadiləsi nəzərdə tutulub. Keçən təlimlərdə Mingəçevir şəhər 15 nömrəli liseyin STEAM müəllimləri ilə əməkdaşlıq və fikir mübadiləsi aparıldı. Onlar layihə təqdim edən iştrakçılara öz fikrlərini bildirdilər ki, bu da layihə iştrakçılarına bir qədər stimul verdi.”.