
Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair müzakirələrə başlanılıb.
AzEdu.az xəbər verir ki, ilk müzakirələr “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunub.
UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC-in nəzdindəki İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Müzakirələr UNEC-in rəsmi” Facebook” səhifəsi üzərindən canlı yayımlanır. İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.