
2020-11-16 13:03:00
Hyuston azərbaycanlıları müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə tədbir keçirdi
Azərbaycan Amerika Mədəniyyət Alyansı və Hyuston Azərbaycan məktəbinin təşkilatçılığı ilə müharibədən zərər çəkmiş mülki insanlara dəstək üçün xeyriyyə tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Hyuston azərbaycanlıları ilə yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalılar da iştirak ediblər.
Tədbirdə məktəblilərin 17 noyabr Milli Dirçəliş gününü, əsgərlərimizin şücaətini əks etdirən rəsm əsərləri nümayiş olunub və milli təamlarımız təqdim edilib.
Xeyriyyə tədbirindən əldə edilmiş 10.197 ABŞ dollarının Azərbaycanda müharibədən zərər çəkmiş mülki şəxslərin ehtiyaclarına sərf olunacağı bildirilib.
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47