Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 15:51:00
Gürcüstanın azərbaycandilli məktəbi koronavirusa görə bağlandı    

 

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.

 

AzEdu.az-ın yerli bürosu xəbər verir ki, məktəbin bir neçə müəlliminin COVID-19-a yoluxduğu təsdiqlənib.

 

Bu səbəbdən siniflərdə dərslər dayandırılıb və təhsil müəssisəsi distant rejimə keçib.

 

Məktəbdə dezinfeksiya işləri aparılacaq.

 

Saqarecoda mövcud 26 ictimai məktəbin 16-da tədris prosesi adi, 10 məktəbdə isə artıq bir neçə həftədir distant formada davam etdirilir.