
2020-11-17 15:41:00
AzTU ilə “Cisco” şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Cisco” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AzEdu.az xəbər verir ki, sənədi rektor Vilayət Vəliyev və “Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov imzalayıb.
Memoranduma əsasən, tərəflər AzTU-da “Cisco” Şəbəkə Akademiyasının kurslarının tətbiqi və bunun universitetin kurikulumuna inteqrasiyası, həmçinin yeni laboratoriyanın yaradılması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində tədrisdə Cisco Webex proqramının imkanlarından istifadə olunması, müəllim və tələbələr üçün şirkətin mütəxəssisləri tərəfindən maarifləndirici seminarların təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, “Cisco” Şəbəkə Akademiyasında müxtəlif istiqamətlərdə (şəbəkə texnologiyaları (CCNA, CCNP), təhlükəsizlik və kibertəhlükəsizlik, əşyaların interneti (IoT), proqramlaşdırma və s.) kurslar keçirilir.
Bu kursları bitirən müəllim və tələbələrə təqdim olunan sertifikatlar dünyanın hər yerində tanınır. Bu da gənclərin karyerada üstünlük əldə etməsinə imkan yaradır.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39