
“Müasir hərbi texnologiyaların istehsalı və istifadə qabiliyyətlərini artırmaq məqsədi ilə Türkiyə, İsrail və digər qabacıl ölkələrlə təhsil əməkdaşlığı və birgə layihələr icra edilməlidir.”
Bu sözləri AzEdu.az – a açıqlamasında təhsil eskperti Elçin Süleymanov qeyd edib:
“Azərbaycan ordusunun 30 illik erməni işğalına son qoyması xalqımızın tarixinə qızıl hərflərlə həkk olundu. Başda Cənab Ali Baş Komandanımız və müzəffər ordumuz olmaqla bu zəfərin banisi rəhbər, ordu və xalq birliyidir. Həmçinin qələbəyə döyüş ruhu və diplomatiyadakı uğurlarla yanaşı, güclü iqtisadiyyat və müasir texnologiyadan istifadə də çox böyük kömək göstərdi. Eyni zamanda bu qələbədə başda qardaş Türkiyə olmaqla Pakistan, İran, İsrail və s. ölkələrin mənəvi dəstəyi də unudulmamalıdır.”
Ekspert elmi və hərbi texnologiyaların inkişafında təhsil əməkdaşlığının vacibliyini vurğulayıb:
“Bu qələbədə elmi texnogiyalardan istifadənin nə qədər əhəmiyyətli olduğuna şahid olduğumuzdan, gələcəkdə bu istiqamətdə təhsil və innovasiya fəaliyyətlərini daha da intesivləşdirməliyik. Müasir hərbi texnologiyaların istehsalı və istifadə qabliyyətlərini artırmaq məqsədi ilə Türkiyə, İsrail və digər qabacıl ölkələrlə təhsil əməkdaşlığı və birgə layihələr icra edilməlidir. Xüsusi ilə dağıdılmış ərazilərin bərpası və iqtisadi inkişafi üçün davamlı və sürətli inkişaf proqramlarını hazırlayaraq o proqram icraçılarını qabaqcıl təhsil proqramları ilə yetişdirməliyik.”
O, Türkiyə ilə olan təhsil əməkdaşlığının inkişafına xüsusi diqqət çəkib:
“Eyni zamanda arzu edirəm ki, yaxın vaxtlarda Qarabağda Türkiyə ilə birgə ali təhsil müəssisələri, orta və texniki ixtisas təhsili verən təhsil ocaqları yaradılmalıdır. Bununla yanaşı Türkiyə ilə hərbi təhsil ilə olan əməkdaşlıq daha da artırılmalıdır.”
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə artıq yenidənqurma və bərpa işləri həyata keçirilməyə başladı.
Qarabağ Azərbaycandır!