
İsveçrənin ETH Sürix Universiteti 2021 – ci ildə beynəlxalq tələbələr üçün öz qapılarını açır.
AzEdu.az xəbər verir ki, universitet ETH Zurich Excellence Scholarhip in Switzerland 2021 proqramı çərçivəsində xarici tələbələr üçün tamamilə maliyyələşdirilən sənəd qəbulu elan edir.
Universitetdə tələbələr üçün iki təqaüd proqramı mövcuddur: ETH Excellence Scholarship & Opportunity Program və ETH – D Scholarship. Tələbələr istədikləri təqdirdə hər iki təqaüd proqramını seçə bilərlər.
Bu proqramlar tələbələrin karyeralarına Avropada başlamaları üçün əla fürsətdir.
İxtisasından asılı olmayaraq magistr üzrə təhsil almış hər bir şəxs müraciət edə bilər. Bu proqram tələbələri təqaüdlə və lazımı təməl şəbəkə ilə təmin edir, gələcək karyerası üzrə istiqamətləndirir.
Eyni zamanda təhsil aldığı müddətdə tələbələr üçün müxtəlif sahələr üzrə özünü inkişaf tədbirləri həyata keçirir.
Təqaüd proqramı tələbələrə başqa nə kimi dəstək göstərir?
1.Yaşayış xərclərini qarşılamaq üçün aylıq təqaüd
2.Bir semestrlik təhsil xərci üçün 12 000 İsveçrə pulu
3.Təhsil haqqlarından tam azad edilir
ETH Sürix Universiteti proqram çərçivəsində 1 il 6 ay və ya 2 il müddətində magistr dərəcəsi üçün aşağıdakı sahələr üzrə təqaüd imkanı təklif edir:
1.Memarlıq və mühəndislik
2.Mühəndislik elmləri
3.Təbiət elmləri və riyaziyyat
4.Sistem yönümlü təbiət elmləri
5.Menecment və sosial elmlər
Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
1.Müraciət forumu
2.Motivasiya məktubu (1 və ya 2 səhifə)
3.CV forması
4.Sizin haqqınızda iki tövsiyyə məktubu
5.Magistr tezisiniz haqqında əvvəlcədən təqdim etdiyiniz üraciət
Müraciət üçün son tarix 15 Dekabr 2020-ci ildir.
Qeyd edək ki, təqaüd proqramı ilə bağlı müraciət və əlavə məlumat üçün buraya daxil ola bilərsiz.