Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 14:49:00
Düşmənə tarixi dərs verərək şəhid olan tarix müəllimi  

 

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə,  o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.

 

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə, hər kəsin sevimlisi olub.

 

Allah rəhmət eləsin!