
Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.
Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli üçün çəkdiyiniz gərgin zəhmət və səylər çox təəssüf ki, nankor qonşumuzun naşı və diletant rəhbərləri tərəfindən düzgün dəyərləndirilmədi.
Xain düşmənin sentyabrın 27-də Vətənimizə qəfil hucumuna qarşı verdiyiniz cəsur qərar qısa zamanda ordumuzun qələbə qazanmasının, üçrəngli bayrağımızın işğal altındakı bütün torpaqlarımızda dalğalanmasının, tarixi ərazilərimizin azad edilməsinin əsası oldu. Əminliklə bildiririk ki, dəmir yumruğunuz döyüşən əsgərlərimizin qələbə əzmini artırdı və onlar öz müdrik Ali Baş Komandanının qətiyyətini cəbhədən hər gün yeni uğurları ilə bizə xəbər verdilər.
Hörmətli cənab Prezident,
Son 30 ilin ağrılı xatirələri və acı həqiqətləri bu gün heç bir azərbaycanlının sevinc hisslərinin qarşısını ala bilməz. Siz qüruru zədələnmiş hər bir azərbaycanlının qürurunu özünə qaytardınız. Bu sevinc və qürur dolu xoşbəxt azərbaycanlı olma şərəfini bizlərə bəxş etdiyiniz üçün Sizə can sağlığı, doğma Azərbaycanımızın və ulu öndər Heydər Əliyev ideyalarının gələcəyi naminə yeni - yeni uğurlar arzulayırıq.
Allah Sizi və xalqımızı qorusun! Yaşasın müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Azərbaycan Texniki Universitetinin kollektivi.
Azərbaycan Respublikası, Bakı şəhəri.