
2018-06-23 12:38:16
Gəncədə uşaq bağçasında iki nəfər işdən çıxarıldı, müdir töhmət aldı - Körpənin üzü yandığına görə
Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, bağça müdirinə töhmət verilib.
AzEdu.az-ın məlumatına görə bu barədə "Report"a Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.
Məlumata görə, bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.
Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.
Məlumata görə, baxçanın böyük tibb bacısı uşağa ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin yarası yüngül olduğu üçün evə buraxılıb.
Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi uşağın üzünə dağ basılması iddiasını təkzib edərək uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini vurğulayıb.

Bu bölməyə aid digər xəbərlər
Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video
2024-03-24 15:37:28
Bakıda 16 nəfər bağça müdiri vəzifəsinə qəbul olunub
2023-12-26 10:00:00
Bağçalara qəbulda qızılcaya qarşı peyvənd tələb olunur - RƏSMİ
2023-12-18 16:19:40
Günün hava PROQNOZU
2023-12-10 11:00:00
Anasının imtina etdiyi körpə Sumqayıt xəstəxanasında ölüb
2023-11-25 15:30:13
Füzulidə 240 yerlik uşaq bağçasının təməli qoyulub
2023-10-16 13:04:00
Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təlimlər keçirilir
2023-10-03 14:17:00
Bağça müdiri olmaq istəyənlər bu gündən sənəd verəcəklər
2023-07-31 09:09:52
Bağça müdiri olmaq istəyənlərə rəsmi MÜRACİƏT
2023-07-27 13:30:00
Sabahdan bağçalara qəbul BAŞLAYIR
2023-07-24 09:35:05