
Təhsil Nazirliyi XI sinif buraxılış imtahanlarında şagirdləri ən yüksək müvəffəqiyyət faizi göstərmiş 10 təhsil bölgəsini açıqlayıb.
Azedu.az xəbər verir ki, birinci yeri 96,55% göstərici ilə nazirliyə tabe olan və özəl liseylər tutub. İkinci yerdə 89,61 %-lə Sədərək rayonu gəlir. 89,18%-lə hərbi lisey və digər nazirliklərə aid olan məktəblər üçüncü sıradadır. Digər yerləri isə ardıcıl olaraq Naxçıvan(87,87%), Sumqayıt (85,37%), Qubadlı (84,73%), Bakı (82,43%), Mingəçevir (81,69%), Zəngilan (80,68%), Şahbuz (79,53%) tutub.
Nazirlik ən aşağı müvəffəqiyyət faizi göstərən təhsil bölgələrini ddə diqqətdə saxlayıb. Aşağı nəticə göstərən rayonlar siyahısında isə Daşkəsən (44,80%), Qobustan (44,27 %), Lerik (42,74%), Hacıqabul (42,08 %), İmişli (41,54 %), Kürdəmir (41,18%, Yardımlı (40,77%), Ağsu (38,68%), Cəlilabad (38,31%), Sabirabad (34,63%) rayonları da qeyd olunub.
Müvəffəqiyyət faizi müsbət dinamika göstərən bölgələrin siyahısında isə 23,1 %-lə birinci yeri Naftalan tutub. İkinci yerdə 18,8% müsbət dinamika ilə Sədərək gəlir. Digər yerləri isə ardıcıl olaraq 8%-lə Göyçay, 7,7 %-lə Beyləqan, 7%-lə Samux, 6,3 %-lə İsmayıllı, 6,1%-lə Füzuli, 6,1%-lə Xocavənd, 5,8 %-lə Xocalı, 5,6 %-lə Culfa rayonu tutub.
Müvəffəqiyyət faizi mənfi dinamika göstərən rayonlar siyahısında isə Salyan 5,78%, Cəlilabad, Yevlax 6,20%, Lerik 7,05%, Yardımlı 7,21%, Şərur 8,17%, Babək 8,51%, Xızı 8,61%, Şahbuz 8,74%, Ağstafa 10,93 %-lə qeyd olunub.