Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-01 14:21:00
Summativ Qiymətləndirmələr bu il hansı formada keçiriləcək – Nazirlikdən rəsmi cavab

 

 

Bu il COVİD-19 pandemiyası ilə əlaqədar tədrisin distant formada olması Böyük Summativ Qiymətləndirmənin (BSQ) onlayn keçirilməsi məsələsini gündəmə gətirib.

 

Təhsil Nazirliyindən AzEdu.az-ın  BSQ-nin bu il keçirilib-keçirilməyəcəyi , hansı formada təşkili ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, Böyük Summativ Qiymətləndirmə tədris yarımilinin sonunda keçirilir:

 

“Tədris ilinin birinci hissəsi (I yarımil) yanvar ayının sonunda bitir. Həmin vaxt epidemioloji vəziyyət nəzərə alınmaqla müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

 

Qeyd edək ki, Kiçik Summativ Qiymətləndirmənin bu tədris yarımilində keçirilməsi nəzərdə tutulmur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları