
2020-12-02 13:47:00
Qubadlı məktəblisi 3 medal qazandı - FOTO
Ağırqaldırma üzrə yeniyetmələr arasında noyabrın 11-dən 18-dək Perunun təşkilatçılığı ilə dünya kuboku keçirilib.
Yarışda 61 ölkədən 399 idmançı mübarizə aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvü, Qubadlı rayonunun İ. Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin XI sinif şagirdi Şükürlü Əli 102 kiloqram çəki dərəcəsində böyük uğur qazanaraq 3 medal əldə edib. Belə ki, birdən qaldırma hərəkətində 145 kiloqramı ram edərək qızıl, təkanla qaldırma hərəkətində 165 kiloqramı başı üzərinə qaldırmaqla gümüş, toplam 310 kiloqram nəticə ilə dünya kubokunun yekun sıralamasında gümüş medala sahib çıxıb.
Əli Şükürlü yarışla bağlı təəssüratlarını bölüşərkən Vətən müharibəsi başlanandan özünü borclu hiss etdiyini deyərək qeyd edib: "Cəbhədəki qələbəmizdən sonra bu, əlavə bir sevinc oldu. Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bir bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü bərpa etdik. Mən də bu uğurumuzu Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hisləri yaşatdı. Mən də bir idmançı kimi bu qələbəyə əlavə töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".
Əli Şükürlünü əldə etdiyi nailiyyətlər münasibəti ilə Qubadlı Rayon Təhsil Şöbəsi adından təbrik edir, uğurlarının davamlı olmasını, hər daim bayrağımızı uca tutmasını, doğma vətəninə, millətinə ləyaqətlə xidmət etməsini arzu edirik.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16