
“İkinci Qarabağ müharibəsində iştirak edən əsgərlərimiz üçün təhsil sahəsində müəyyən güzəştlər edilməlidir.”
AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Adil Vəliyev qeyd edib.
Ekspert İkinci Qarabağ müharibəsinin iştirakçısı olan şəxslər üçün aşağıdakı güzəştlərin edilməsini təklif edib:
1.İkinci Qarabağ döyüşündə iştirak edən bütün əsgərlər təhsil haqqından azad olunsun
2.Hər hansı səbəblə universitetdən xaric edilmiş və ya kəsri olan tələbəyə məzun olunması üçün şərait yaradılsın.
3.2020-2021 tədris ilində universitetə qəbul olan, ancaq vətən müharibəsində iştirak etdiyi üçün qeydiyyatdan keçə bilməyən abituriyentlərin tələbə adını qazanması üçün köməklik edilsin.
Qeyd edək ki, vətən müharibəsində iştirak edənlər arasında universitet tələbələri və son ilin məzunları da yer alıb.