
Azərbaycan Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq 2017-2018-ci tədris ilində bu istiqamətdə fəaliyyətini genişləndirib.
AzEdu.az xəbər verir ki, bu məqsədlə xüsusi portal yaradılıb. 2017-ci ildə portal 59 yeni elektron dərslik əlavə olunub. Bundan əlavə 15 elektron dərslik multimedia vasitələri ilə zənginləşdirilib. Hazırda burada 199 elektron dərslik, 22 müəllim metodiki vəsaiti və 2 sinifdənxaric oxu ədəbiyyatı olmaqla, 223 elektron kitab yerləşdirilib. Dərsliklər Azərbaycan və rus bölməsinə dair I-IX siniflər üzrə qruplaşdırılıb.
Portal yarandığı gündən bugünədək 1 700 000 dəfədən çox müzakirə olunub. Portalda qeydiyyatdan keçən insanların 171 482 nəfərdir. Ötən il portala giriş sayı 494 477 idisə, bu il artaraq 993770-ə çatıb.